SQS GROUP

ŞİRKƏT HAQQINDA

"SQS-GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanın sənaye sektorunda aparıcı yerlərdən birini tutur. 

Şirkətin yaradılmasında məqsəd, neft-qaz sənayesi sektorunda azərbaycan neftçilərinin hərtərəfli təcrübəsindən istifadə edərək müasir idarəetmə metodları və elm və texnikanın ən son nailiyyətlərini birləşdirməklə işlərin yerinə yetirilməsinə qadir olan bir təşkilatın yaradılmasıdır. 

Qısa vaxt ərzində, şirkətdə onun təsisçilərinin texniki və maliyyə imkanları vasitəsilə neft-qaz və kimya sənayesi sahəsində təcrübəli, yüksəkixtisaslı ekspertlər komandası tərəfindən formalaşdırılmış, müasir idarəetmə bacarıqlarına malik çevik, mobil bir struktur yaradılmışdır. 

Şirkət, dünyanın neft-qaz sənayesində, həmçinin Xəzər regionu, Asiya və Şimali Afrika ölkələrində aparıcı subyektlərdən birinə cevrilməklə beynəlxalq miqyasda tanınmağı qarşısına məqsəd qoymuşdur. 

"SQS-GROUP" MMC öz təsisçilərinin dəstəyindən istifadə etməklə, eləcə də bütün əmək kollektivinin səylərini birləşdirmək, texnika və texnologiyanın ən son nailiyyətlərini tətbiq etmək, təchizatçıların düzgün seçimini təşkil etmək və fərdi yanaşma üsulu ilə müştərilərin ehtiyaclarının tam təmin etmək üçün onlarla iş aparmaqla qarşıya qoyduğu məqsədlərə çatmaq niyyətindədir. 

Beynəlxalq standartlara, sənaye sahələrinin tənzimlənməsi, muştəri tələbləri və digər tələblərə uyğunluğu dəqiq təmin etməklə, şirkət yerinə yetirilən işlərin keyfiyyətinə xüsusi nəzarət edir və təhlükəsizlik və ətraf mühitin qorunmasına müntəzəm olaraq diqqət verilir. 

“SQS-GROUP” MMC, Azərbaycanın neft-qaz və kimya sənayesi obyektlərində bir sıra layihələr həyata keçirmişdir.

RƏHBƏR

Hörmətli cənablar!


Sizi öz saytımızın səhifələrində salamlamağa şadıq. «SQS-GROUP» MMC-ti Azərbaycan Sənayesinin aparıcı subyektlərindən biridir.

Sənaye tikintisi, müxtəlif texnoloji avadanlığın quraşdırılması və servisi, texnoloji proseslərin avtomatlaşdırılması sahəsində Sizə təklif etdiyimiz geniş xidmət spektri ilə bərabər, bizim kompaniya qeyri standart layihələrin icrasını da öhdəsinə götürmək iqtidarındadır.

Biz öz fəaliyyətimizdə əməkdaşlarımızın çoxillik təcrübəsinə və ən yeni innovasiya texnologiyalarına güvənirik.

Partnyorlarımızın bizim kompaniyaya etibarını uğurlu, effektiv, etibarlı və uzunmüddətli əməkdaşlığın əsas şərti hesab etməklə, biz bunları minnətdarlıqla qəbul edirik.

Ümüd edirik ki, tezliklə Siz də bizim biznes üzrə partnyorumuz olacaqsınız.

Hörmətlə,

Direktor Quliyev Sənani

VAKANSİYALAR

Hörmətli xanımlar və cənablar!
Əgər siz, çətin və maraqlı, yüksək ödənişli iş ilə maraqlanırsınızsa iş rezümenizi hr@sqs-group.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

LİSENZİYALAR VƏ SERTİFİKATLAR

Azərbaycan Respublikası Fövgəladə Hallar Nazirliyi tərəfindən “SQS-GROUP” Şirkətinin işçi potensialını və texniki imkanlarını nəzərə alaraq, aşagıdakı işlərin görülməsi üçün ona lisenziyalar təqdim etmişdir:

  • “Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurguların diagnostikası və digər texniki yoxlamaların keçirilməsi”,
  • “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılması”,
  • “Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri”,
  • “Energetika obyektlərinin, avadanlıglarının və qurgularının quraşdırılması, sazlanması və təmiri”.

Rusiya dəniz reyestri, şirkətə “Gəmilərdə hər cür mexaniki və elektrik təmir, sazlama işlərinin həyata keçirilməsi” sahələri üzrə müvafiq şəhadətnamə vermişdir.

SERTİFİKATLAR

Şirkətin siyasəti: “SQS-GROUP” Şirkətinin rəhbərliyi, görülən işlərin keyfiyyətinə müntəzəm olaraq nəzarət edir, Ətraf Mühitin İdarə Edilməsi və Əməyin Mühafizəsi və Təhlükəsizliyi Sisteminin yaradılmasına xüsusi diqqət yetirir.

Geyd olunanlar, 2019-ci ildə “SQS-GROUP” Şirkətinə aşagıda göstərilən beynəlxalq sertifikatların verilməsinə imkan yaratmışdır:

  • İSO 9001-2015 “Keyfiyyəti İdarəetmə Sistemi”
  • İSO 14001-2015 “Ətraf Mühiti İdarəetmə Sistemi”
  • İSO 45001-2018 “Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi”
SQS GROUP

Bizə yazın

Şikayət və təkliflərinizlə bağlı formdan istifadə edərək bizimlə əlaqə yarada bilərsiniz.

Daha yaxşı xidmət göstərmək üçün fikirlərinizi və şərhlərinizi qiymətləndiririk. Fikirləriniz Müştəri məmnuniyyəti və Keyfiyyət şöbəsi tərəfindən nəzərdən keçirilir və qiymətləndirilir. Sizin fikirləriniz yalnız keyfiyyət təkmilləşdirilməsi üçün nəzərdə tutulur və ərizə müraciətinizə heç bir təsir etmir. SQS GROUP rəhbərliyi personalı və müvafiq hallarda, diplomatik nümayəndəliklər istisna olmaqla, sizin fikirləriniz üçüncü şəxslə paylaşılmadığını bildirmək istərdik. Dəstəyiniz üçün əvvəlcədən təşəkkür edirik.

Bizə yazın