SQS GROUPMəhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanın sənaye sektorunda aparıcı yerlərdən birini tutur. Şirkətin yaradılmasında məqsəd Azərbaycan Sənaye sahəsində hərtərəfli müasir idarəetmə metodları, elm və texnikanın ən son naliyyətlərini birləşdirməklə işlərin yerinə yetirilməsinə qadir olan bir şirkətin yaradılmasıdır. Sənaye sahələrində təcrübəli, yüksəkixtisaslı ekspertlər komandası tərəfindən formalaşdırılmış, müasir idarəetmə bacarıqlarına malik çevik, mobil bir struktur yaradılmışdır. Şirkət Xəzər rayonu, Asiya, Afrika və Avropa ölkələrində aparıcı subyektlərdən birinə çevrilməklə beynəlxalq miqyasda tanınmağı qarşısına məqsəd qoymuşdur. "SQS-GROUP" MMC bütün əmək kollektivinin səylərini birləşdirmək, texnika və texnologiyanın ən son nailiyyətlərin tətbiq etmək, təchizatların düzgün seçimini təşkil etmək və fərdi yanaşma üsulu ilə müştərilərin ehtiyaclarının tam təmin etmək üçün onlarla birgə iş apamaqla qarşıya qoyduğu məqsədlərə çatmaq niyyətindədir. Beynəlxalq standartlara, Sənaye sahələrinin tənzimlənməsi, müştəri tələbləri və digər tələblərə uyğunluğu dəqiq təmin etməklə, şirkət yerinə yetirilən işlərin keyfiyyətinə xüsusi nəzarət edir, təhlükəsizlik və ətraf mühitin qorunmasına müntəzəm olaraq diqqət verilir.
SQS GROUPSQS-Group MMC, Azərbaycanda və dünyada bir sıra layihələr həyata keçirmişdir.
Sizi öz saytımızın səhifələrində salamlamağa şadıq.
Sənaye tikintisi, energetika işləri müxtəlif texnoloji avadanlıqların quraşdırılması və servisi, texnoloji proseslərin avtomatlaşdırılması, müxtəlif təmir işlərində ümumi olaraq sənaye sektorunda, Sizə təklif etdiyimiz geniş xidmət spektoru ilə bərabər bizim kompaniya qeyri-standart layihələrin icrasını da öhdəsinə götürmək iqtidarındadır.
Biz öz fəaliyyətimizdə əməkdaşlarımızın çoxillik təcrübəsinə və ən yeni innovasiya texnologiyalarına güvənirik.
Partnyorlarımızın bizim kompaniyaya etibarını uğurlu, effektiv, etibarlı və uzunmüddətli əməkdaşlığın əsas şərti hesab etməklə, biz bunları minnətdarlıqla qəbul edirik.
Ümüd edirik ki, tezliklə Siz də bizim biznes üzrə partnyorumuz olacaqsınız.
Hörmətlə,
Azərbaycan Respublikası Azərbaycan İqtisadi İnkişaf
Nazirliyi, Azərbaycan Akkreditasiya Mərkəzi və Beynəlxalq təşkilatlar SQS-GROUP
MMC şirkətinin işçi
potensialını, texniki imkanlarını nəzərə alaraq, aşağıdakı işlərin
görülməsi üçün ona xüsusi icazələr və sertifikatlar təqdim edilmişdir:
Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurguların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi,
Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılması,
Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri,
Akkreditasiya Attestatı (Azərbaycan Akkreditasiya Mərkəzi),
Şirkətin siyasəti: SQS-GROUP
Şirkətinin rəhbərliyi,
görülən işlərin keyfiyyətinə müntəzəm
olaraq nəzarət edir, Ətraf Mühitin İdarə Edilməsi və Əməyin Mühafizəsi və Təhlükəsizliyi Sisteminin yaradılmasına xüsusi diqqət yetirir.
Qeyd olunanlar, 2019-ci ildə SQS-GROUP
Şirkətinə
aşağıda göstərilən Beynəlxalq sertifikatların verilməsinə imkan yaratmışdır:
İSO 9001-2015 Keyfiyyəti İdarəetmə Sistemi,
İSO 14001-2015 “Ətraf Mühiti İdarəetmə Sistemi,
İSO 45001-2018 “Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi,
DİSTRİBYUTORLUQ
Hörmətli xanımlar və cənablar!
Əgər siz, çətin və maraqlı, yüksək ödənişli iş ilə maraqlanırsınızsa
iş rezümenizi info@sqs-group.az
elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Şikayət və təkliflərinizlə bağlı formdan istifadə edərək bizimlə əlaqə yarada bilərsiniz.
Daha yaxşı xidmət göstərmək üçün fikirlərinizi və
şərhlərinizi qiymətləndiririk.Fikirləriniz Müştəri
məmnuniyyəti və Keyfiyyət şöbəsi tərəfindən nəzərdən keçirilir və
qiymətləndirilir. Sizin fikirləriniz
yalnız keyfiyyət təkmilləşdirilməsi üçün nəzərdə
tutulur və ərizə müraciətinizə heç bir təsir etmir.
SQS GROUP rəhbərliyi personalı və
müvafiq hallarda, diplomatik nümayəndəliklər istisna
olmaqla, sizin fikirləriniz üçüncü
şəxslə paylaşılmadığını bildirmək istərdik. Dəstəyiniz
üçün əvvəlcədən təşəkkür
edirik.